Habil Qurbanov

Müdir

 

07 mart 1970-ci ildə Zaqatala rayonunun Qımır kəndində anadan olmuşdur.

1987-ci ildə N.Tusi adına APİ-nun fizika fakultəsinə daxil olmuş, 1993-cü ildə institutu fizika müəllimi ixtisası üzrə bitirmişdir.

1993-cü ildə pedaqoji fəaliyyətinə Zaqatala rayonunun Zəyəm kənd əsas məktəbində fizika müəllimi kimi başlanmışdır. Həmin ildə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

1995-ci ildə Zaqatala rayonu Zəyəm kənd əsas məktəbinə direktor təyin edilmişdir.

1997-ci ildə zaqatala rayonu Zəyəm kənd tam orta məktəbinə direktor təyin edilmişdir.

2003-cü ildə Zaqatala Rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyası partiyalarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

2006-cı ildə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhər İnzibati Ərazi nümayəndəsi vəzifəsinə təyin edilmişdir.

2010-cu ildən Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır.

2007-ci ildən hal-hazıradək YAP-nın Zaqatala Rayon Təşkilatının sədridir.

Zaqatala Rayon Təhsil Şöbəsi, 01.01.1989 - cu ildən 01.04.1993- cü ilədək  Rayon Xalq Təhsil Şöbəsi kimi fəaliyyət göstərmişdir. 1993-cü 1 apreldən Rayon Təhsil Şöbəsi kimi fəaliyyət göstərir.

Hazırda RTŞ-nin tabeliyində 66 ümumi təhsil müəssisəsi və 5 məktəbdənkənar müəssisə vardır.