23.02.2017

Uşaq-gənclər şahmat məktəbləri komandalarının Respublika birinciliyinin seçim turu keçirilib

Balakəndə Uşaq-gənclər şahmat məktəbləri komandalarının Respublika birinciliyinin seçim turu keçirilib.

Zona yarışı Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təqvim planına uyğun olaraq, Balakən şəhərindəki inteqrasiya təlimli internat tipli gimnaziyada keçirilib. Yarışda Balakən, Zaqatala, Ağsu və Ağdaş rayonlarını təmsil edən 6 komanda iştirak edib. Hər komandanın  tərkibində 42 şahmatçı mübarizə aparıb.

Seçim turunda ilk iki yeri tutan Zaqatala və Balakən şahmat məktəblərinin komandaları Respublika birinciliyinin martda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Yarışda fərqlənən komandalar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə mükafatlandırılıblar.

 


Açar sözlər: ,