27.02.2017

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib. Zaqatala Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır. Müsabiqənin təşkilat komitəsi təcrübə və mütaliəsi ilə fərqlənən müəllimlərdən, metodist və qabaqcıl məktəb kitabxanaçılarından təşkil olunub. Şagirdlərə iki variantda olmaqla 15 sualdan ibarət tapşırıqlar verilib.

Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir. Müsabiqənin rayon mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.