28.03.2017

“Ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir.

Zaqatala şəhər 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən müsabiqənin rayon mərhələsində IX-XI sinif şagirdləri iştirak edəcək. Martın 28-i və 29-nu  əhatə edəcək müsabiqənin təşkili və keçirilməsi üçün Zaqatala Rayon Təhsil Şöbəsində işçi qrup və münsiflər heyəti müəyyənləşib.

Qeyd edək ki, martın 28-də 25 məktəblinin təqdimatı fərdi şəkildə dinlənilib. Növbəti gündə digər 25 məktəblinin də təqdimatı dinləniləcək və münsiflər heyəti tərəfindən müsabiqə barəsində yekun qərar veriləcəkdir.

Rayon turunun qalibi respublika turunda iştirak etmək hüququ qazanacaq.

“Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.

 


Açar sözlər: ,  ,