30.03.2017

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi başa çatıb

Martın 29-da “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi başa çatıb.

Məlumat üçün bildirək ki, müsabiqə dövlət xadimi və siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunub. Müsabiqənin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər H. Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.

Seçim turunun qalibi Qandax kənd tam orta məktəbin XI sinif şagirdi Babayev Rafət  olub və aprel ayında Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.


Açar sözlər: ,  ,