27.05.2017

“Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının zona çempionatı keçirilib

Mayın 27-də Zaqatala şəhər 2 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının zona çempionatı keçirilib. Təhsil Nazirliyi və Nar mobilenin təşkilatçılığı ilə keçirilən yarışda Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının IX-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edib.

Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin intellekt və bilik səviyyəsinin, məntiqi təfəkkür bacarıqlarının inkişaf etdirilməsi, həmçinin şagirdlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.

Komandalara 3 mərhələdə 36 sual təqdim olunub. 19 suala düz cavab verən Zaqatalanın “Zirvə” komandası I yerə layiq görülüb.

Bilik yarışının zona mərhələsinin qaliblərinə təşkilatçılar tərəfindən kubok,  medallar və hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,