28.08.2017

Modul tipli binalar quraşdırılır

Zaqatala rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan iki kənd məktəbi üçün modul tipli binalar quraşdırılır. Rayonun ucqar yaşayış məntəqələrindən olan Uzun Qazmalar kəndində artıq ümumi orta məktəb üçün 5 sinif otağından ibarət modul tipli binanın quraşdırılıb. Höytala kəndindəki ümumi orta məktəb üçün də modul tipli binanın quraşdırılması davam etdirilir.

Məlumat üçün bildirək ki, hər iki məktəb indiyədək qəzalı vəziyyətdə olan köhnə binalarda fəaliyyət göstərib.

Bu il 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi planlaşdırılıb.

Modul tipli məktəblər azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması ilə fərqlənir.

Hər iki məktəb binasının 15 sentyabr – Bilik Günündə şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.


Açar sözlər: