29.08.2017

Yeni tədris ilinin ilk iclası keçirilib

Avqustun 29-da Zaqatala Rayon Təhsil Şöbəsində yeni tədris ilinin ilk iclası keçirilib. İclasda təhsil şöbəsinin rəhbərliyi, ümumtəhsil məktəblərinin direktorları və kitabxana müdirləri iştirak ediblər.

İclasın gündəliyində duran əsas məsələlər – dərsliklərin paylanması, yeni işə qəbul olmuş müəllimlərin yerləşdirilməsi, sentyabr konfransı və keçiriləcək tədbirlər müzakirə olunub.


Açar sözlər: ,