18.09.2017

18 sentyabr – Milli Musiqi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib

Zaqatala Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində 18 sentyabr – Milli Musiqi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Məktəblərin müəllim və şagirdlərinin, valideynlərin iştirak etdiyi tədbirlərşagirdlər müxtəlif kompozisiyalarla çıxış ediblər. Yolayrıc kənd tam orta məktəbdə keçirilən tədbirdə IX sinif şagirdləri “O olmasın, bu olsun” filmindən bir hissə nümayiş etdiriblər. Qandax kənd tam orta məktəbdə keçirilən tədbirdə isə V-VII sinif şagirdləri mahnılar səsləndiriblər. Üçüncü Tala kənd tam orta məktəbin şagirdləri isə müxtəlif rəqslər nümayiş etdiriblər.

Çıxış edənlər Üzeyir Hacıbəyovun doğum günü münasibəti ilə qeyd olunan bu gündə onun həyat və yaradıcılığından danışaraq əsərlərinin Azərbaycan musiqisinin ən gözəl nümunələri olduğunu vurğulayıblar.


Açar sözlər: ,