20.09.2017

“Azərbaycanda İslam ənənələri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Sentyabrın 20-də Üçüncü Tala kənd tam orta məktəbdə “Azərbaycanda İslam ənənələri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala rayon şöbəsinin müdir müavini, məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəb direktoru tədbir barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra çıxış edən DQİDK-nın müdir müavini Sərxan Tahirzadə layihə barədə məlumat verərək bildirib ki, lahiyə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi sağlam düşüncəli gənclərin formalaşdırılmasıdır. Və qeyd edib ki, maarifləndirmə tədbiri İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilir.

Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,