28.11.2017

Şahmat yarışı keçirilib

Noyabrın 28-də Aşağı Tala kənd 5 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri arasında şahmat yarışı keçirilib.

Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarət olub.

Yarışda IV sinif şagirdi Fəqan Hüseynov qalib gəlib.


Açar sözlər: ,  ,