30.11.2017

“İstedad müsabiqəsi”

Muxax kənd 3 nömrəli tam orta məktəbdə “İstedad müsabiqəsi” keçirilib. Musiqi, rəsm, bədii qiraət, rəqs üzrə keçirilən müsabiqədə məktəbin I-IX sinif şagirdləri iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaqları üzə çıxarmaq, şagirdlərdə musiqi, rəsm, bədii qiraət, rəqsə maraq yaratmaq olub.

Şagirdlər müvafiq bölmələr üzrə yarışaraq müəllimlərdən təşkil olunan münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.

Sonda qaliblərə “Fəxri fərman”lar və hədiyyələr verilib.


Açar sözlər: ,  ,  ,  ,