06.12.2017

“Məktəbdə əxlaq və davranış qaydaları”

Zaqatala şəhər 1 nömrəli tam orta məktəbdə “Məktəbdə əxlaq və davranış qaydaları” mövzusunda dəyirmi masa keçirilib. II sinif şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masada məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdləri məktəbdə nəzakət qaydaları və yol verməməli olduqları hərəkətlər barədə məlumatlandırmaq olub.

Şagirdlər məktəbdə, sinifdə özlərini necə aparmalı olduqları, əxlaq və etik davranış qaydaları barədə müzakirələr aparıblar.