06.12.2017

Bilik yarışı 

Yolayrıc kənd tam orta məktəbdə bilik yarışı keçirilib. Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilən yarışda yuxarı sinif şagirdləri iştirak ediblər.

Şagirdlər dörd komandada – “Fonetika”, “Leksika”, “Morfologiya”, “Sintaksis” olmaqla, verilən sualları cavablandırıblar. Qapalı və açıq tipli suallarla yanaşı komandalara esse yazmaq da tapşırılıb.

Yarışın qalibi “Morfologiya” komandası olub.

Sonda qaliblər məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,