08.12.2017

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirilib

Zaqatala Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədi ilə keçirilən dəyirmi masa və ədəbi-bədii kompozisiyalarda çıxış edənlər Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən söz açaraq onun dövlətçilik tariximizə xilaskar kimi daxil olması, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması uğrunda mübarizəsi və bu sahədə gördüyü müstəsna işlər barədə danışıblar.

Təşkil olunan bilik yarışlarında isə şagirdlərə həm ümumi fənn blokuna aid, həm də Heydər Əliyevin həyat və fəaliyyətinə aid suallar verilib. Yarışların sonunda qaliblər mükafatlandırılıb.


Açar sözlər: ,  ,