12.12.2017

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirlər keçirilib

Zaqatala Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirlər keçirilib.

Təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji və şagird kollektivinin iştirak etdiyi tədbirlərdə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş danışıblar. Daha sonra şagirdlər Ümummilli liderə həsr olunmuş şeirlərlə çıxış ediblər


Açar sözlər: ,  ,  ,