28.12.2017

Bayram şənliyi keçirilib

Zaqatala Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibəti ilə bayram tədbirləri keçirilib.

Tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, məktəblərin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Dövlət Himni ilə başlanan tədbirlərin keçirilməsində məqsəd şagirdlərin  qeyd olunan əlamətdar günlə bağlı fikir və düşüncələrini inkişaf etdirmək, onların bədii düşüncə qabiliyyətlərini üzə çıxarmaqdır.

Tədbirlərdə şagirdlərin ifasında müxtəlif mahnılar ifa olunub, səhnəciklər nümayiş etdirilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,