19.01.2018

Məktəblərdə 20 Yanvar şəhidləri anılıb

Zaqatala Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Məktəb rəhbərliyi, müəllim və şagirdlərin iştirak etdiyi tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanlı səhifəsi kimi yaşadılması, təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,