02.02.2018

Təhsil şurasının iclası keçirilib

Zaqatala Rayon Təhsil Şöbəsində təhsil şurasının iclası keçirilib. İclasda təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları iştirak ediblər. Direktorların “Ümumi Təhsildə Keyfiyyət İli” ilə bağlı görülən işlərin təşkilinə dair hesabatları dinlənilib.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Əmrə əsasən Zaqatala Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində nazirliyin fəaliyyət planında nəzərdə tutulan hədəflərin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü təşkilati-pedaqoji tədbirlər həyata keçirilib, pedaqoji mühazirələr müəyyən olunmuş qayda üzrə təşkil edilib.


Açar sözlər: ,  ,