05.02.2018

Fənn olimpiadalarının birinci mərhələsində Zaqatala rayonu üzrə 323 şagird iştirak edib

Fevralın 4-də ölkəmizin hər yerində olduğu kimi Zaqatala rayonunda da Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. Rayon mərhələsi şəhər 3 nömrəli tam orta məktəbdə saat 10:00-dan 13:00-dək davam edib.

Zaqatala rayonu üzrə fənn olimpiadasında cəmi 323 nəfər şagird iştirak edib. Təlimata uyğun olaraq şagirdlərə sualları cavablandırmaq üçün texniki fənlər üzrə 180 dəqiqə, humanitar fənlər üzrə isə 90 dəqiqə vaxt verilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.