12.02.2018

"Ədəbiyyat biliciləri" respublika müsabiqəsinin rayon turu keçirilib

Fevralın 10-da Zaqatala şəhər 2 nömrəli tam orta məktəbdə "Ədəbiyyat biliciləri" respublika müsabiqəsinin II - rayon turu keçirilib.

Müsabiqədə rayon ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edib.

Şagirdlər 3 saat ərzində onlara təqdim olunmuş 12 sualı yazılı şəkildə cavablandırıblar.

Rayon mərhələsinin qalibi seçilmiş şagirdlər respublika turuna vəsiqə qazanacaqlar.

Qeyd edək ki, müsabiqə məktəb, rayon və respublika olmaqla 3 mərhələdə keçirilir. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr aylarında yekunlaşdırılıb, yekun tur isə mart-aprel aylarında keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, onlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.


Açar sözlər: ,  ,  ,