12.02.2018

Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə tədbir təşkil olunub

Dahi Azərbaycan bəstəkarı, pedaqoq və ictimai xadim Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Suvagil kənd 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Qara Qarayevin həyat və yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verib, şagirdlər hazırladıqları kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,  ,