16.02.2018

“Müstəqil Azərbaycan xanlığı” mövzusunda açıq dərs keçirilib

Yengiyan kənd tam orta məktəbin V sinfində tarix fənnindən “Müstəqil Azərbaycan xanlığı” mövzusunda açıq dərs keçirilib.

Fənn müəllimi Fidan Nurməmmədova tərəfindən keçirilən dərsdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və müəllimlər qonaq qismində iştirak ediblər.

Şagirdlər “Şirvanşahlar”, “Eldənizlər”, “Səfəvilər” və “Albaniya” adlı 4 qrupa bölünüblər. Təqdim olunmuş “İlk müstəqil Azərbaycan xanlığı necə yarandı?” tədqiqat sualı ətrafında qrup üzvlərinin müzakirəsindən sonra qrup liderləri tərəfindən sual cavablandırılıb.

Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim tərəfindən qiymətləndirilib. Həmçinin sonda Zaqatala Rayon Təhsil Şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən dərsin gedişatı müzakirə edilib.


Açar sözlər: ,  ,  ,  ,