20.02.2018

Tarix gecəsi keçirilib

Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə tarix gecəsi keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.

Bədii gecədə tarixin ən qədim dövrlərindən başlayaraq ən yeni dövrədək olan tarixi faktlara nəzər salınıb. Şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər.

Daha sonra “Tarixi biliklər” mövzusunda tarixi-intellektual müsabiqə keçirilib. Müsabiqədə fərqlənən şagirdlər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.