28.02.2018

“Heydər Əliyev irsi Azərbaycanın ən dəyərli mülkiyyətidir”

 

Aşağı Tala kənd 5 nömrəli tam orta məktəbdə “Heydər Əliyev irsi Azərbaycanın ən dəyərli mülkiyyətidir” mövzusunda dəyirmi masa keçirilib.

Çıxış edən müəllimlər dahi rəhbərimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən, gənclərə diqqət və qayğısından danışıb, Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb, ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Müəllimlərin və VI sinif şagirdlərinin iştirak etdiyi dəyirmi masada Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinə dair çıxışlar dinlənilib.


Açar sözlər: ,  ,  ,