28.02.2018

Coğrafiya gecəsi keçirilib

Sumaylı kənd tam orta məktəbdə coğrafiya gecəsi keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan gecədə giriş sözü ilə çıxış edən məktəb direktoru iştirakçılara tədbir barədə məlumat verib, fənn gecələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra şagirdlər hazırladıqları rəqsləri, ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər.

Şagirdlər, həmçinin maraqlı viktorinalarda, sual-cavablarda iştirak edib coğrafiya fənni üzrə biliklərini də nümayiş etdiriblər.

Sonda fəallığı ilə fərqlənən şagirdlər mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,