02.03.2018

İngilis dili fənnindən açıq dərs keçirilib

Martın 2-də Üçüncü Tala kənd tam orta məktəbin ingilis dili müəllimi Ülkər Qardaşova tərəfindən III sinifdə açıq dərs keçirilib. Dərsin mövzusu “My country” olub.

Dövlət himnimizin səslənməsi ilə başlayan dərsdə mövzunu daha aydın dərk etməyə yardımçı vasitə kimi  proektor vasitəsi ilə video çarxlar və şəkillərdən istifadə edilib.

Şagirdlər  kiçik qruplara bölünərək onlara ünvanlanan tədqiqat sualını cavablandırıblar.

Dərsin sonunda ev tapşırığı verilib və şagirdlərin bilik səviyyəsi qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən məktəb rəhbərliyi və fənn müəllimləri dərs barədə fikirlərini bildiriblər.