05.03.2018

5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür 

Suvagil kənd 1 nömrəli tam orta məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib. Məktəbin idman zalında keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Bədən Tərbiyəsi və İdman Günü barədə iştirakçıları məlumatlandıran məktəb direktoru bildirib ki, bu gün, Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Daha sonra IX, X və XI sinif şagirdlərindən təşkil edilən komandalar müxtəlif idman növləri üzrə yarışıblar.

Sonda yarışlarda qalib olan şagirdlər mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,