06.03.2018

Azərbaycan dili və ədəbiyyat gecəsi

Əliabad qəsəbə 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat gecəsi keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və qəsəbə ictimaiyyəti iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən məktəb direktoru fənn gecələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bildirib ki, fənn gecəsi təhsilin keyfiyyətinin yüksəldilməsində, fənn müəllimlərini tədris prossesində yaradıcı fəaliyyətə təşviq etməkdə, qabaqcıl təcrübənin nümayişi və təbliğində mühüm rol oynayır.

Daha sonra şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyaları, rəqsləri nümayiş etdiriblər.

Sonda çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Məmmədova ana dilimizi sevməyin, onu yad təsirlərdən qoruyaraq gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıb.