07.03.2018

Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

Fındıqlı kənd ümumi orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəb direktoru qadınları bayram münasibəti ilə təbrik edərək bildirib ki, tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. O, həmçinin qeyd edib ki, seçki hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Daha sonra şagirdlər şeir, səhnəcik və başqa kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,  ,