12.03.2018

Çobankol kənd tam orta məktəbdə açıq dərs keçirilib

Çobankol kənd tam orta məktəbin ibtidai sinif müəllimi Nərgiz İsmayılova tərəfindən IV sinifdə açıq dərs keçirilib. Azərbaycan dili fənnindən keçirilən dərsin mövzusu "Novruz bayramı" olub.

Şagirdlər "Qaranquşlar", "Tonqal", "Səməni", "Xonça" adlı 4 qrupa bölünərək "Novruz bayramı haqqında nə bilirik?" tədqiqat sualını cavablandırıblar. Dərsi daha yaxşı qavramağa yardımçı vasitə kimi mövzuya uyğun videoçarxlar nümayiş olunub. Şagirdlər, həmçinin "Səməni" rəqsini də ifa ediblər.

Daha sonra şagirdlər müəllim tərəfindən qiymətləndirilib və ev tapşırığı verilib. Sonda qonaq qismində iştirak edən məktəb rəhbərliyi və müəllimlər tərəfindən keçirilmiş açıq dərs təhlil edilib.


Açar sözlər: ,  ,  ,  ,