16.03.2018

Məktəblilər Novruz bayramını hərbçilərlə birlikdə qeyd ediblər

Gözbarax kənd kənd tam orta məktəbin müəllim və şagird kollektivi Novruz bayramını Zaqatalada yerləşən N saylı hərbi hissədə əsgərlərlə birlikdə qeyd edib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən məktəbin direktoru iştirakçıları bayram münasibəti ilə təbrik edib.

Tədbirin davamı şagirdlər tərəfindən hazırlanmış kompozisiyaları nümayiş etdirməklə keçirilib. Daha sonra məktəblilər əsgərlərə yazdıqları məktubları paylayıblar.

Tədbirin sonunda, “İgid əsgər möhkəm dayan” mahnısı ilə məktəblilər hər zaman güclü Azərbaycan ordusu ilə birlikdə və bir yerdə olduqlarını və Azərbaycan ordusunun günü bu gün işğal altında olan torpaqları düşməndən azad edə biləcək gücə sahib olduğunu diqqətə çatdırıblar.


Açar sözlər: ,  ,  ,