19.03.2018

"Şahin" Hərbi-İdman Oyunlarının zona yarışlarına start verilib

Zəyəm kənd tam orta məktəbdə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının zonalar üzrə yarışlarına start verilib.

Bu hərbi-idman oyunlarının keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarına hərbi xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.

Məlumat üçün qeyd edək ki, birinci zona üzrə yarışın qalibi Çobankol kənd tam orta məktəbin komandası olub. Qalib komanda Zaqatalada yerləşən N saylı hərbi hissədə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.


Açar sözlər: ,  ,