29.03.2018

Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması üçün tədbirlərə start verilib

Təhsil nazirinin 05.01.2018-ci il “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 21 nömrəli əmrinə əsasən Zaqatala və Balakən rayonlarının seçilmiş ümumtəhsil məktəblərinin müəllimləri arasında təcrübə mübadilələrinin həyata keçirməsi üçün tədbirlər təşkil olunur.

İlk olaraq Zaqatala rayonu Göyəm kənd tam orta məktəbdə biologiya fənnindən keçirilən açıq dərsdə Balakən və Zaqatala Rayon Təhsil Şöbələrinin nümayəndələri, biologiya müəllimləri iştirak ediblər.

Məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.


Açar sözlər: ,  ,  ,