30.03.2018

“Şəhidlər ölməz, Vətən bölünməz!”

Zaqatala rayonunda fəaliyyət göstərən ümumi təhsil məktəblərində 31 Mart-Azərbaycanlıların Soyqırım Günü və Aprel döyüşlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı silsilə tədbirlər keçirilib.

Tədbirlərdə həlak olanların xatirəsi yad edilib və şagirdlərə tarix müəllimləri tərəfindən ətraflı məlumatlar verilib.

Texniki fənlər təmayüllü liseyin müəllim və şagird kollektivi Zaqatalada yerləşən “Ana fəryadı” abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.

Daha sonra şagirdlər 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü haqqında ədəbi-bədii kompozisiya ilə çıxış edib və soyqırımla bağlı qısa filmlər nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,