02.04.2018

“Hərəyə bir ağac əkək!”

Danaçı kənd 1 nömrəli tam orta məktəbdə “Hərəyə bir ağac əkək!” devizi altında ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd şagirdlərdə təbiətə sevgi hissinin inkişaf etdirilməsi, məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Məktəbin X-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən aksiyada məktəb həyətinə müxtəlif növ meyvə ağacları əkilib.


Açar sözlər: ,  ,