03.04.2018

Aprel döyüşləri şəhidləri anılıb

Yolayrıc kənd tam orta məktəbin XI sinfində Gənclərin Çağırışaqədərki Hərbi Hazırlığı fənnindən açıq dərs keçirilib. Fənn müəllimi Məhəmməd Dibirov tərəfindən keçirilən dərs Aprel döyüşlərinə həsr edilib.

Dərsdə məktəb rəhbərliyi və müəllimlər dinləyici qismində iştirak ediblər. Açıq dərsdə şagirdlərə Aprel döyüşləri barədə ətraflı məlumat verilib.

Daha sonra müəllimlər və şagirdlər Zaqatala rayonundan olan şəhidlərin qəbirlərini ziyarət ediblər.


Açar sözlər: ,  ,  ,  ,