10.04.2018

Açıq dərs

Zəyəm kənd tam orta məktəbdə kimya fənnindən açıq dərs keçirilib. Samirə Əliyeva tərəfindən VIII sinifdə keçirilən dərsin mövzusu “Elektrolitik disossiasiya proseslerinin mahiyyeti” olub.

Dərsdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və müəllimlər dinləyici qismində iştirak ediblər.

Müasir təlim metodları ilə keçirilən dərsdə şagirdlər “Elektrolit” və “Qeyri-elektrolit” adlı qruplara bölünərək “Elektolitik dissosiasiyanin formulu nədir? Kation ve anionlar  bir birindən necə fərqlənir? Atomlar ve ionların xassələrindeki fərq nədir?” suallarını cavablandırıblar.

Sonda ev tapşırığı verilib, şagirdlərin biliyi qiymətləndirilib və müşahidəçi qismində iştirak edən müəllimlər dərsi təhlil edərək, məsləhət və tövsiyələrini bildiriblər.


Açar sözlər: ,  ,  ,  ,