19.04.2018

Bilik yarışları keçirilir

Zaqatala Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında bilik yarışları keçirilir.

Yarışların keçirilməsində məqsəd şagirdlərin intellektual bilik səviyyələrini artırmaq, məktəblərarası əlaqələri möhkəmlətmək və şagirdlərə asudə vaxtlarının səmərəli təşkil etmələrinə kömək göstərməkdən ibarətdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş intellektual yarışlar 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ məktəb, ikinci zona, üçüncü yarımfinal, dördüncü isə final mərhələsi olacaq yarışlarda IX-XI sinif şagirdləri iştirak edir.

Məlumat üçün bildirək ki, hal-hazırda yarışların ikinci mərhələsi keçirilir. Hazırkı nəticələrə görə Humanitar fənlər gimnaziyası, Danaçı kənd 1 nömrəli, Aşağı Tala kənd 5 nömrəli və Mamrux kənd tam orta məktəbin komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.


Açar sözlər: ,  ,  ,