23.04.2018

Pedaqoji əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər davam etdirilir

Pedaqoji əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər davam etdirilir. Növbəti görüş Zaqatala rayon Humanitar fənlər təmayüllü gimnaziyada keçirilib. Görüşdə qonaq qismində Zaqatala və Balakən Rayon Təhsil Şöbələrinin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Görüş zamanı öncə məktəblə ümumi tanışlıq yaradılıb. Sonra qonaqlar tarix və ibtidai sinif müəllimlərinin keçirdiyi açıq dərslərdə iştirak ediblər. Daha sonra isə dəyirmi masada məktəb rəhbərləri və müəllimlər ümumtəhsillə bağlı aktual məsələlər, yeniliklər və problemləri müzakirə ediblər.

Pedaqoji əməkdaşlıq çərçivəsində tədbirlərin keçirilməsində məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.