27.04.2018

Xalq şairi Cabir Novruzun 85 illik yubileyi qeyd olunub

Gözbarax kənd tam orta məktəbdə Xalq şairi Cabir Novruzun 85 illik yubileyi qeyd olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxış edənlər Cabir Novruzun həyat və yaradıcılığı barədə ətraflı danışıblar, şairin ifasında səslənən şeirlər slayd formasında tamaşaçılara nümayiş etdirilib.

Daha sonra şagirdlər hazırladıqları bədii kompozisiyanı nümayiş etdiriblər.


Açar sözlər: ,