27.04.2018

Zərifə Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib

Sumaylı kənd tam orta məktəbdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

Z. Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən məktəbin direktoru alimin ömür yolu barədə iştirakçılara ətraflı məlumat verib.

Məktəbin pedaqoji heyəti Zərifə xanımın həyatı və fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Tədbir şagirdlərin ifasında şeir və kompozisiyalarla davam edib.

Daha sonra iştirakçılara akademik Zərifə Əliyevaya həsr olunmuş "Aləmə nur saçan işıq" adlı film nümayiş olunub.


Açar sözlər: ,  ,