08.05.2018

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şeir və mahnı müsabiqəsi keçirilib

Mayın 7-də Zaqatalada yerləşən Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şeir və mahnı müsabiqəsi keçirilib. 

Zaqatala Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə rayonun ümumi təhsil məktəblərindən 300-ə yaxın şagird iştirak edib. Onlardan 18 nəfəri qalib olaraq müxtəlif hədiyyələr, diplom və medallarla mükafatlandırılıb.


Açar sözlər: ,  ,