25.05.2018

İntellektual bilik yarışlarının final mərhələsi keçirilib

Mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş intellektual bilik yarışlarının final mərhələsi keçirilib.

Belə yarışların keçirilməsində məqsəd şagirdlərdə məntiqi düşüncə bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, onlarda vətənpərvərlik hissinin inkişaf etdirilməsi, eyni zamanda, onların elmə, maarifləndirici yarışlara marağının artırılmasıdır.

Məlumat üçün qeyd edək ki, Zaqatala Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışlarda IX-XI sinif şagirdləri iştirak ediblər. Yarışlar 3 mərhələdə təşkil olunub, birinci mərhələ məktəb, ikinci mərhələ zona, üçüncü mərhələ isə final mərhələsi olub. Bu gün keçirilən final mərhələsində zona mərhələsinin qalibi olmuş məktəblərin komandaları yarışıb. Komandalara 30 açıq tipli sual səsləndirilib və bir dəqiqə ərzində cavab təqdim etmələri xahiş olunub.

Final mərhələsinin nəticələrinə əsasən Mamrux kənd tam orta məktəbin komandası I, Humanitar fənlər gimnaziyası II, Əliabad qəsəbə 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qaliblər kubok və fəxri fərmanlarla mükafatlandırılıblar.