31.05.2018

“Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının zona çempionatı keçirilib

Mayın 31-də Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının zona çempionatı keçirilib. Yarışda Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının IX-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edib.

Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin intellekt və bilik səviyyəsinin, məntiqi təfəkkür bacarıqlarının inkişaf etdirilməsi, həmçinin şagirdlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.

Komandalara 3 mərhələdə 36 sual təqdim olunub. 20 suala düz cavab verən Zaqatala məktəblilərindən təşkil olunmuş komanda I yerə layiq görülüb.

Bilik yarışının zona mərhələsinin qaliblərinə kubok,  medallar və hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,