15.10.2018

"Dilimizi sevək, sevdirək!"

Zaqatala Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən tədrisi rus və gürcü dillərində olan məktəblərin Azərbaycan dili müəllimləri üçün "Dilimizi sevək, sevdirək!" şüarı altında təlimlər keçirilib.

Təlimlərin keçirilməsində məqsəd Azərbaycan dili fənnini tədris edən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsində ixtisas biliyi ilə yanaşı, yazı işlərinin təşkili ilə bağlı təkmilləşməyə, ixtisasartırma təlim kurslarına ehtiyacın olmasıdır.

36 akademik saatda keçirilən təlimlərdə Zaqatala rayonunda tədrisi qeyri-Azərbaycan dilində olan məktəblərin ibtidai təhsil səviyyəsində və ümumi orta təhsil pilləsində Azərbaycan dili müəllimlərinin yazı işlərinin tədrisi üzrə akademik biliklərinin və metodik bacarıqlarının artırılmasına nail olunub.

Məlumat üçün qeyd edək ki, təlimlər 25 nəfər Azərbaycan dili müəlliminə Əlavə Təhsil Mərkəzinin təyin etdiyi təlimçilər tərəfindən keçirilib.


Açar sözlər: ,  ,  ,