09.07.2019

Nizami Gəncəvi - "Azərbaycan ədəbiyyatının parlayan günəşi"

09.07.2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Zaqatala Rayon Təhsil Şöbəsi və Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin birgə təşkilatçılığı ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş "Azərbaycan ədəbiyyatının parlayan günəşi" adlı tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə Orqanlarının rəhbərləri, məktəb rəhbərləri, Azərbaycan dili və ədəbiyyatı, tarix müəllimləri, ümumilikdə 350 nəfər iştirak edib. Tədbirdə Nizami Gəncəvinin həyat və fəaliyyətini əks etdirən videoçarx , Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin şagirdlərinin hazırladığı Nizami Gəncəvinin əsərlərindən ibarət kompöozisiyalar nümayiş etdirilib.