04.09.2019

Qax, Zaqatala və Balakən rayonlarının   təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Sentyabrın 4-də Qax şəhər 2 nömrəli məktəb-liseyin akt zalında Qax, Zaqatala və Balakən rayonlarının   təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Qaxda  rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil nazirinin şöbə müdirinin müaviniƏsgər Quliyev, Qax Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova,  sözügedən rayonların təhsil şöbələrinin müdirləri, ümumtəhsil müəssisələrinin və məktəbdənkənar müəssisələrin rəhbərləri, qabaqcıl müəllimlər, praktik psixoloqlar və təhsil şöbələrinin əməkdaşları iştirak ediblər.

Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib.

Daha sonra Əsgər Quliyev çıxış edərək hesabatlara öz münasibətini bildirib. Əsgər Quliyev buraxılış və  qəbul imtahanlarının nəticələri, şagirdləri zəif nəticə göstərən ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, təhsil sahəsində tətbiq olunan yeniliklərin vaxtında və düzgün olaraq təhsil ictimaiyyətinə çatdırılması kimi məsələlərə toxunub.Təmayülləşmənin tətbiqinin və yerlərdə bu işə diqqət və nəzarətin artırılmasının vacibliyini xüsusi vurgulayan Əsgər Quliyev təmayül sinifləri bitirən şagirdlərin imtahan nəticələrinin müqayisəli şəkildə təhlil edib.

Əsgər Quliyev çıxışının sonunda təhsil işçilərinə 2019-2020-ci dərs ili ilə bağlı  tövsiyələrini verib və uğurlar arzulayıb.

Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.

 


Açar sözlər: ,