09.09.2019

Tələbə adını qazanmış məzunlarla görüş keçirilib

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Görüşdə  Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, təhsil şöbəsinin kollektivi, məktəb direktorları və məzunlar iştirak ediblər.

Öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov çıxış edərək bildirib ki, ali məktəblərə bu ilki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 610 nəfər qaxlı məzundan 455 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 50 nəfəri 500 baldan, o cümlədən 16 nəfər 600 baldan yuxarı nəticə göstərib. 2018-2019-cu tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran bir məzun Təhsil Nazirliyi tərəfindən qızıl, medala layiq görülüb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirilib ki, Zaqatala təhsili son illər bütün göstəricilər üzrə ölkə təhsilinin ön sıralarında qərar tutur. Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov çıxış edərək, ali məktəblərə qəbulun nəticələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sənəd vermiş məzunların 455 nəfəri və ya 71 faizi ali məktəblərə daxil olub. Onlardan 20 nəfəri xarici ölkələrdə təhsil alacaq.

Blok fənlər üzrə mümkün 400 bal, ümumilkdə 690 bal toplayaraq Ali Neft Məktəbinə qəbul olunan Ş.Qurbanov adına şəhər 3 nömrəli tam orta məktəbin məzunu Səfərov Fazil Tərlan oğlu  təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə tələbələr adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,