04.10.2019

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Oktyabrın 4-də Zaqatala RayonTəhsil Şöbəsinin  və Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Zaqatala rayon Komitəsinin təşəbbüsü ilə  5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə, Zaqatala Rayon Təhsil Şöbəsinin  və Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Zaqatala rayon Komitəsinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, və qabaqcıl təhsil işçisi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər ilk olaraq hər kəsi əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildiriblər. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, onlara hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Sonda öz səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə  Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin Fəxri fərmanı və hədiyyələri təqdim olunub.